Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanlı fermerlərə daha 63 milyon manat subsidiya ödəniləcək

Azərbaycanlı fermerlərə daha 63 milyon manat subsidiya ödəniləcək
Sakura

Azərbaycanlı fermerlərə daha 63 milyon manat subsidiya ödəniləcək

Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində, barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin ödənilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278 419 istehsalçıya 907 998 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62 128 min manat, 9 rayon (şəhər) üzrə 2 100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217 529 kiloqram yaş baramaya görə 1 088 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.

Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383 665 istehsalçıya 1 214 259 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83 241 min manat, 36 rayon (şəhər) üzrə 5 543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624 428 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3 122 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Respublika Komissiyası qeyd edilənlərlə yanaşı, 23 satıcı təşkilata 92 137 istehsalçıya 388 450 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36 447 min manat, 64 757 istehsalçıya 253 428 hektara görə satılmış pestisidlərin qiymətinə tətbiq edilmiş 8 132 min manat, cəmi 44 580 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR