Dərc edildi: Baxış sayı: 271
Azərbaycanlı əsirlər işgəncələrə məruz qoyulub - Eldar Səmədov
Azərbaycanlı əsirlər qul kimi işlədilib, işgəncələrə məruz qoyulub, əsirlər vasitəsilə Azərbaycanda terror hadisəsi törədilib.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan imtina edir.
“Ona görə ki, Ermənistanın törətdiyi qatı cinayətlərin üstü açılacaq”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət