Slimfit
  1. İDMAN

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i nokauta saldı

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i nokauta saldı
Sakura

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i nokauta saldı

İsrailin paytaxtı Təl-Əvivdə “Bellator 234” döyüş gecəsi baş tutub.

Oxu.Az-ın xəbərinə görə, UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan “Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib.

Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri nokauta salıb. Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini qoruyub-saxlayıb.

Ukrayna adından çıxış edən digər azərbaycanlı Zəka Fətullazadə isə birinci raundda “anakonda” boğulma fəndi ilə yerli idmançı Aviv Qozaliyə uduzub.

Qeyd edək ki, gecənin əsas döyüşündə 39 yaşlı rusiyalı Sergey Xaritonovla ingiltərəli Linton Vasel arasında baş tutub. 36 yaşlı Vasel təcrübəli həmkarını ikinci raundda yumruqla döyərək təslim olmağa vadar edib.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR