Azərbaycanlı deputat: Psixi xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır
Psixi xəstələrə müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Belə xəstələrin psixi vəziyyətlərinə uyğun şəkildə yanaşılmalıdır. Belə xəstələrin özlərinə və ətrafdakılara təhlükə yaratdığı halda yalnız məcburi müalicəyə müraciət etmək olar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva deyib.
O bildirib ki, belə xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır. Ü.Ağayeva bəzən aparılan müalicələrin əks təsiri olduğunu diqqətə çatdırıb və daha diqqətli olmağa çağırıb. Belə xəstələrin məcburi şəkildə müəyyən şəraitdə saxlanılmasının, hərəkətlərinin məhdudlaşdırılmasının mənfi təsir göstədiyini vurğulayıb. Bu cür müalicə üsullarının tətbiqinin onların vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olduğunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət