Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu
Sakura

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu

Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina Avstriyada peşəkarlar arasında keçirilən “WDC World Championship Professional Ballroom Showdance 2019” şou üslublu bal rəqsləri üzrə dünya çempionatının qalibi olublar. “Qafqazinfo” bildirir ki, bu barədə E. Cəfərov sosial şəbəkə hesabında məlumat verib.

Duet dünyaca məşhur xoreoqraf Tələt Tarsinovun quruluş verdiyi “Artist” adlı inanılmaz nömrə ilə münsiflər heyəti və tamaşaçıları heyran edib.

“WDC World Championship Professional Ballroom Showdance 2019” çempionatında dünyanın ən yaxşı rəqqası adı uğrunda Avstriya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Ukrayna, ABŞ və bir sıra digər ökələrdən olan peşəkar cütlüklər mübarizə aparırdı. Nəticədə çempionatın gümüş medalı avstriyalı duetə, bürünc medalı isə Rusiyadan olan cütlüyə çatıb.  

Qeyd edək ki, Eldar Cəfərov və Anna Sajina bundan öncə peşəkarlar arasında on rəqs üzrə Dünya çempionu və Avropa çempionu tituluna layiq görülüb, dünyanın müxtəlif ölkələrində bir sıra digər rəqs turnirlərinin qalibləri, həmçinin “Avroviziya”nın rəqs müsabiqəsinin iştirakçısı olublar. Eldar Cəfərov və Anna Sajina həmçinin Azərbaycanda Peşəkar Rəqs Birliyinin yaradıcılarıdır.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR