Slimfit
  1. İDMAN

Azərbaycanlı cüdoçu: 'Rəqib məni təxribata çəkirdi'

Azərbaycanlı cüdoçu: 'Rəqib məni təxribata çəkirdi'
Sakura

Azərbaycanlı cüdoçu: 'Rəqib məni təxribata çəkirdi'

"Avropa Oyunlarının və Avropa çempionatının medalını almaq çox gözəl hissdir".

Bunu "Report"un Belarusun paytaxtı Minskə ezam olunmuş əməkdaşına açıqlamasında II Avropa Oyunlarında bürünc medal qazanan cüdoçu Məmmədəli Mehdiyev söyləyib.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, ona iki yox, bir medal təqdim olunsaydı, bu, onun üçün yenə şərəfli olacaqdır: "Bu vaxta kimi Avropa çempionatında medalım olmayıb. Məqsədim medal əldə etmək idi. İstəyirdim ki, finala vəsiqə qazanım. Əsas məqsədim də bu idi. Finala çıxıb və qələbə qazanmalı idim. Qarşıda bizi dünya çempionatı gözləyir. Orada bayrağımızı bir az da uca etməyə çalışacağam".

Mehdiyev deyib ki, üçüncü yer uğrunda qarşılaşma ancaq qıraqdan rahat görünə bilər: "Rəqib təslim olmaq istəmirdi. Yumruq atırdı və idmandan kənar hərəkətlər etmək istəyirdi. Məni təxribata çəkirdi ki, ona qarşılıq verim, cərimə xalı qazansın. Mən isə özümü cilovlaya bildim. Elxan müəllim dedi ki, satik ol və güləş. Fikrimi cilovladım və qalib gəldim. Finala çıxmamağımın səbəbi çox məsuliyyətli yanaşmağım idi. Uduzmaq istəmirdim. Həyəcan da ola bilər. Demək olmaz ki, hazır deyildim. Heç kimdən zəif idmançı deyiləm. Sadəcə, bu gün onların günü idi. Əsas odur ki, medal qazandım".

İdmançı cüdoçuların Avropa Oyunlarında qızıl medal qazana bilməməsinə də toxunub: "Bu idmandır. Heç kim əvvəlcədən deyə bilməz ki, hansı medallar ola bilər. Bütün idmançılar bura hazır gəlib. Yaxşı təlim-məşq toplanışlarımız oldu. Hazırlıq prosesləri yüksək səviyyədə olub. İdmanda hər zaman qalib gəlmək olmur". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR