Slimfit
  1. DÜNYA

Azərbaycanlı Brüs Li anasına qovuşdu

Azərbaycanlı Brüs Li anasına qovuşdu
Sakura

Azərbaycanlı Brüs Li anasına qovuşdu

Rusiyanın Krasnoyarsk vilayətinin Açinski şəhər sakini 30 il ayrılıqdan sonra Brüs Li ilə görüşüb.

Olqa Derbedenevanın 30 il görmədiyi oğlu Rusiyanın “Birinci kanal”ının efirində qarşısına çıxıb.

Veriliş “YouTube”da yayılıb.

1987-ci ildə Olqa Derbedeneva onlara qonşu kənddə yaşayan azərbaycanlı Ələddin Kərimovla tanış olub. Birlikdə yaşamağa başlayan cütlüyün Brüs Li adlandırdıqları oğlu dünyaya gəlib.

Qadın qanunsuz spirtli içki satışı ilə dolanıb, əri tez-tez gəlməyə başlayıb. Qayıdandan sonra həm O.Derbedenevanı, həm də onun anasını döyüb. Bir müddət sonra Kərimov oğlunun doğum şəhadətnaməsini də aparıb. Onların rəsmi nikahının olmamaları vəziyyəti daha da gərginləşdirib.

Sonda Ələddin Kərimov oğlunu anasından ayıraraq, Azərbaycana aparıb. Onun adı Bəxtiyar olaraq dəyişdirilib və anasının qatarın altında qalaraq öldüyü barədə məlumat verilib.

Azərbaycana gəlməyə cəsarət etməyən O.Derbedeneva yenidən ailə qurub. Hazırda o, ərindən boşanıb və ikinci nikahdan olan oğlu ilə yaşayır.

Azərbaycanda yaşayan Bəxtiyar isə avtomobil xidmətində işləyir, arvadı və uşaqları var. Onu doqquz il əvvəl vəfat edən nənəsi böyüdüb. Ana və oğul ayrılıqdan düz 30 il sonra efirdə görüşə biliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR