Dərc edildi: Baxış sayı: 477
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
"Ukrayna Beynəlxalq Hava Yolları" (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabet satışına başlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,ilk avireysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.
Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.
Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən "Report"a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət