Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Sakura

Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski ilə görüşüb.

Report”un Ukraynanın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Ukrayna və Azərbaycan arasında energetika sahəsində, həmçinin nazirlər səviyyəsində ikitərəfli əməkdaşlığın hazırki durumu və gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentinin, Azərbaycan neftinin Ukrayna ehtiyacları üçün tədarükünün bərpası, həmçinin enerji nəqli layihələrinin həyata keçirilməsi üçün birgə səylərin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, tərəflər 2019-cu ildə XII İqtisadi Əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi ilə bağlı hazırlıq işlərinin işlərinin vəziyyəti ilə bağlı məsələləri də nəzərdən keçiriliblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR