Azərbaycanla Rusiya arasında təhlükəsizliyə dair danışıqlar keçirilib
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
R.Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
“İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.
Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət