Dərc edildi: Baxış sayı: 486
Azərbaycanla Qazaxıstan arasında yeni saziş təsdiq olundu
Azərbaycanla Qazaxıstan arasında yeni saziş təsdiq olunub.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, sazişin təsdiq olunması iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərəcək.
Müzakirələrdən sonra saziş səsə qoyularaq təsdiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət