Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq
Sakura

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq

“Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir”.

Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.

O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: “Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur”.

O.Əsədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR