Dərc edildi: Baxış sayı: 727
Azərbaycanın xüsusi xidməti Qarabağda yaşayan ermənilərin sosial şəbəkələrdəki hesablarını sındırdı
Azərbaycanın xüsusi xidmət orqanları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda məskunlaşan ermənilərin sosial şəbəkələrini sındıraraq, orada olan fotoları və şəxsi məlumatları yayımlayıb.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Qondarma rejimin qurumları sosial şəbəkələrdən istifadə edən vətəndaşları daha diqqətli və sayıq olmağa, şəxsi məlumatlarını, xüsusən də hərbi xidmət və xidmətdə olan şəxslər haqqında məlumat yaymaqdan çəkinməyə çağırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət