Slimfit
  1. SİYASƏT

Azərbaycanın XİN başçısı Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın XİN başçısı Gürcüstan parlamentinin sədri ilə görüşüb
Sakura

Azərbaycanın XİN başçısı Gürcüstan parlamentinin sədri ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin parlament sədri Arçil Talakvadze ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qeyd olunub.

Tərəflər müxtəlif sahələrdə mövcud qarşılıqlı əlaqələri nəzərdən keçiriblər. Görüşdə Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi də aparılıb.

Görüşdə Azərbaycan XİN başçısının müavini Ramiz Həsənov, Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, vitse-spiker Kaxaber Kuçava və azərbaycanlı deputatlar - Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan HacıyevAzər Süleymanov da iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR