Dərc edildi: Baxış sayı: 663
Azərbaycanın XİN başçısı ATƏT-in baş katibini Bakıya dəvət etdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşdə təşkilat rəhbərini yaxın vaxtlarda ölkəmizə səfərə dəvət edib.
“Report”un məlumatına görə, bu barədə ATƏT-in yaydığı xəbərdə bildirilir.
E.Məmmədyarov qeyd edib ki, baş katibin səfəri münasibəti ilə Bakıda yaşıl limanların inkişafı və birləşməsi üzrə konfrans təşkil ediləcək.
Tərəflər görüşün gedişatında ATƏT-in "Xəzər dənizi regionunda yaşıl limanlar və birləşmə" layihəsinin reallaşdırılmasının cari mərhələsini müzakirə edbilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət