Dərc edildi: Baxış sayı: 537
Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.
AZƏRTAC-a bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərlər çərçivəsində nazir Elmar Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət