Dərc edildi: Baxış sayı: 337
Azərbaycanın veteran cüdoçusu 8 qat dünya çempionu olub
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.
"Report" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.
Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət