Dərc edildi: Baxış sayı: 424
Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı 32 % azalıb
Bu il yanvarın 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən il yanvarın 1-i ilə müqayisədə 32,2 % az - 860,368 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət