Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın Ukraynadakı səfirliyi inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadədə nöqsanlara yol verilib

Azərbaycanın Ukraynadakı səfirliyi inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadədə nöqsanlara yol verilib
Sakura

Azərbaycanın Ukraynadakı səfirliyi inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadədə…

 Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Palatadan “Report”a verilən məlumata görə, kollegiya iclasında “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi” mövzusunda təhlilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin cari məsələlərə baxılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR