Dərc edildi: Baxış sayı: 518
Azərbaycanın turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək
“Azərbaycanda turizm dəhlizləri boyu sanitar qovşaqlar yoxdur və bu, regionlara gedən turistləri çox narahat edir”.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
“Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət