Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb

Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb
Sakura

Azərbaycanın təkrarsığorta lisenziyasından imtina etmiş sığorta şirkətləri bunun səbəbini açıqlayıb

 Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ötən gün təkrarsığorta lisenziyasını ləğv etdiyi“Azərbaycan Sənaye Sığorta” (ASS) və “İpək Yolu Sığorta” ASC-lər bunun səbəbini açıqlayıb.

ASS-nin İdarə Heyətinin sədri Kamran Babayev “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət təkrarsığorta lisenziyasına malik olsa da, uzun müddət idi ki, ondan istifadə etmirdi: “Hazırda təkrarsığorta fəaliyyəti şirkətin inkişaf strategiyasına uyğun deyil. Biz başqa sığorta şirkətlərinin risklərini sığortalamaqda maraqlı deyilik və buna görə də lisenziyanı könüllü qaydada təhvil verdik”.

“İpək Yolu Sığorta”dan da “Report”a bildirilib ki, şirkət təxminən 1 il idi ki, təkrarsığorta risklərini qəbul etmirdi: “Bu fəaliyyət o qədər də yüksək gəlirli deyildi. Buna görə də, lisenziyanın ləğvi üçün Palataya müraciət olundu və müvafiq qərar qəbul edildi. Hələ ki, təkrarsığorta ilə bağlı planlar yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR