Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın təhlükəsizliyi prioritet siyasətdir

Azərbaycanın təhlükəsizliyi prioritet siyasətdir
Sakura

Azərbaycanın təhlükəsizliyi prioritet siyasətdir

Hikmət Hacıyev: “Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır”

Hər bir dövlətin təhlükəsizliyi regional və qlobal təhlükəsizliklə bağlıdır. Ümumi şəkildə desək, dövlətin təhlükəsizlik siyasətinin əsas məqsədi xarici aləmlə təmas zamanı ölkənin həyati əhəmiyyətli milli maraqlarını qorumaq və yüksək səviyyədə təmin etməkdən ibarətdir.

Dövlətin milli maraqları, milli təhlükəsizliyi və nüfuzu həm beynəlxalq hüququn subyekti kimi dünyada nəzərə alınır, həm də dövlətin özünün daxili və xarici ehtiyatlarının köməyi ilə təmin olunur. Bu baxımdan, Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirən əsas amillərdən biri, məhz milli təhlükəsizlik sisteminin təmin olunmasıdır. Azərbaycanın milli təhlükəsizlik strategiyası Azərbaycan dövlətinin həyati vacib maraqlarını qorumağa, idarə etməyə və gələcəyə yönləndirməyə istiqamətlənmiş ideyaların məcmusundan ibarətdir.

Bir məqamı da vurğulamaq lazımdır ki, 2010-ci il iyunun 8-də qəbul olunan hərbi doktrina Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsidir. Hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəd dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanın regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir. Qlobal iqtisadi layihələrdə Azərbaycan sıradan birisi kimi deyil, əsas aparıcı dövlətlərdən birisi kimi iştirak edir.

Bütün bu faktorlar Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü xarici siyasətə əsaslanır.

Bir məqama da toxunmaq lazımdır ki, ölkəmizin iqtisadi mövqeyinin möhkəmlənməsi beynəlxalq aləmdə siyasi çəkisinin artmasına geniş yol açır ki, bu da ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolu yaxınlaşdırır. Hər bir ölkənin iqtisadi və siyasi inkişafı üçün sabitlik gərəkdir. Bölgədə münaqişəli məsələlərin mövcudluğu regional əməkdaşlığa öz mənfi təsirini göstərir. Dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan edilir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına maneədir.

Bu gün bütün sahələrdə mühüm uğurlara imza atan Azərbaycan bu problemi yaşamasaydı, daha böyük nailiyyətlər əldə etmiş olardı. Xalqımız Azərbaycanın bugünkü uğurları fonunda Dağlıq Qarabağ probleminin də tezliklə öz müsbət həllini tapacağına böyük əminliklə yanaşır. Çünki xalqımız əldə olunan bu nailiyyətlərdə Prezident İlham Əliyevin “hücumçu diplomatiya” xəttinə inanır.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sözügedən məsələ ilə bağlı deyiğb: “Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş Komandanı Körtis Skaparrottini qəbul edərkən, qeyd olunduğu kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından, məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın, eyni zamanda, respublikamızın regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir”.

H.Hacıyev onu da qeyd edib ki, dost və qonşu ölkələr kimi, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır, ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır.

Şöbə müdiri vurğulayıb ki, Azərbaycan Respublikası, xüsusilə, Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır: “Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə, qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir”.

 

 

Mənbə : Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR