Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün olub.
Trend-in məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, Azərbaycanın yazıyaqədərki tarixi dövrü, həmçinin, region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir.
O bildirib ki, Azərbaycan ərazisinin məskunlaşması, xalqımızın etnogenezinin ən erkən dövrü barədə yalnız arxeoloji tədqiqatlar zəminində təsəvvür əldə edilə bilər:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət