Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğrama anı

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğrama anı
Sakura

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğrama anı

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğrama anının əks olunduğu görüntülər yayımlanıb. 

Bununla bağlı “Ren” TV məlumat yayıb. 

Görüntülərdə təyyarənin sürüşərək, eniş zolağından çıxması görünür. 

Hadisə zamanı təyyarədə olan şəxslər xəsarət almayıb. “Gulfstream G200” təyyarəsi Bakıdan Moskvaya uçub. Hadisədən sonra aeroport fəaliyyətini dayandırıb. Faktla bağlı hava nəqliyyatında hərəkət qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

Bu gün səhərdən etibarən isə hava limanı öz işini bərpa edib. 

Xatırladaq ki, hadisə “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enişi zaman baş verib.

 
Mənbə: Oxu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR