Dərc edildi: Baxış sayı: 432
Azərbaycanın sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman iş adamları və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, növbəti ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.
Komitə sədri həmçinin "Yaşıl dəhliz" sisteminin tətbiqinə toxunaraq qeyd edib ki, bu sistemin bu ilin fevralından tətbiqinə baxmayaraq, ümumi ticarət dövriyyəsi 6,4 mlrd. ABŞ dollarını ötüb: "Hesab edirəm, gələn il bu rəqəm daha da artacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət