Dərc edildi: Baxış sayı: 282
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində ləngimələr yaranıb - RƏSMİ
Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət