Dərc edildi: Baxış sayı: 891
Azərbaycanın şəhid zabiti dəfn olundu
Dünən Azərbaycan ordusunun düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan zabiti bu gün dəfn olunub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhid olan hərbi qulluqçu 36 yaşlı Aqil Omarovun nəşi bu gün səhər saatlarında Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin əməkdaşları, əsgər və zabitlər iştirak ediblər.
Şəhid torpağa tapşırıldığı an xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.
Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət