Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın say tərkibi - Qadinlar, yoxsa kişilər üstünlük təşkil edir?

Azərbaycanın say tərkibi - Qadinlar, yoxsa kişilər üstünlük təşkil edir?
Sakura

Azərbaycanın say tərkibi - Qadinlar, yoxsa kişilər üstünlük təşkil edir?

Ölkədə son 25 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb.

ATV.az xəbər verir ki, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, müasir dövrün cavan ailələrində ilk uşaq qız olduqda ikinci övladın oğlan olmasını istəyirlər.

S.Qəhrəmanova bildirib ki, uşaqların cins nisbətinin pozulması qadına, doğulmayan uşağa qarşı törədilən zorakılığın bir növüdür: "Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqları pozulur. Təəssüf ki, bu problemin mahiyyəti insanlara hələ də yetərincə çatmır. Problemin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması zəruridir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR