Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın Rusiya ilə sərhədində yeni miqrasiya bölməsi açıldı

Azərbaycanın Rusiya ilə sərhədində yeni miqrasiya bölməsi açıldı
Sakura

Azərbaycanın Rusiya ilə sərhədində yeni miqrasiya bölməsi açıldı

Noyabrın 2-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin bölməsi fəaliyyətə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindəki yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

Yeni miqrasiya bölməsinin açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək, respublikamızın quru dövlət sərhədindəki buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti digər dövlət qurumları ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyətinin təşkilinə başlayıb. Yaxın günlərdə “Astara” (Azərbaycan–İran sərhədi) və “Şıxlı” (Azərbaycan-Gürcüstan sərhədi) dövlət sərhədindən buraxılış məntəqələrində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölmələrinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Yeni miqrasiya bölmələri miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrini, onlara operativ və yerində xidmətlərin göstərilməsini təmin edəcək. Bununla yanaşı, bölmələr miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət göstərəcək.

Miqrasiya bölməsi bir sıra vacib arayışların verilməsini də təmin edəcək. Bura ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb olunması məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindəki buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışlar daxildir. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Qurum rəhbərləri Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər ediblər. Ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin səmərəliliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlıq işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub. Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında imzalanmış Sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

 

Mənbə  Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR