Dərc edildi: Baxış sayı: 536
Azərbaycanın qoruqlarında “Açıq qapı” günü təşkil ediləcək
18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibəti ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan ediləcək.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, həmin gün saat 10:00-dan axşam saat 19:00-a qədər “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün pulsuz olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət