"Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi milli park Göygöldür"
"Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi milli park Göygöldür".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, Göygöl Milli Parkı yeni açıldığı zaman - bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib: "Ancaq digər milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır. Son bir il ərzində bununla bağlı apardığımız təbliğat işlərinin müəyyən səmərəsi olub".
H.Əlizadə deyib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı 9, Şahdağ Milli Parkına gedənlərin sayı 3, Hirkan Milli Parkına gedənlərin sayı 2, Abşeron Milli Parkına gedənlərin sayı 2 dəfə artıb: "Lakin bu göstərici qaneedici deyil".
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda "Qırmızı kitab"a 223 növ heyvan, 300 növ bitki adı daxil edilib. Hazırda Şirvan Milli Parkında 9 min ceyran var.
O əlavə edib ki, Azərbaycanda turizm şirkətləri Milli Parklarla işləməyə maraq göstərmirlər: "Bunu da şirkətlərin kommersiya maraqları ilə izah etmək olar".
Mənbə: Faktxəbər.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət