Dərc edildi: Baxış sayı: 366
Azərbaycanın qadın cüdoçusu dünya çempionatına məğlubiyyətlə başlayıb
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Munxtsedev Bakıda davam edən dünya çempionatında mübarizəni erkən dayandırıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.
Az sonra kişilər arasında 73 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizəyə qoşulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət