Dərc edildi: Baxış sayı: 454
Azərbaycanın on şahmatçısı dünya çempionatının startına çıxacaq
Sabah Türkiyənin Qəbzə şəhərində şahmat üzrə dünya çempionatı başlayır. İsveçrə sistemi üzrə 11 turda keçiriləcək yarışlarda 20 yaşadək şahmatçılar iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında yarışlarda 170 şahmatçı, o cümlədən 25 qrossmeyster, qızlar arasında 97 şahmatçı, o cümlədən 6 qrossmeyster mübarizə aparacaq. Ümumilikdə, turnirdə 65-dən çox ölkə təmsil olunacaq.
Azərbaycanı beynəlxalq dərəcəli ustalar Vüqar Əsədli, Ülvi Sadıxov, Maqomed Muradlı, Nail Bəşirli, FIDE ustası Kənan Qarayev və Məhəmməd İsmayılov, habelə qrossmeyster Aydan Höcətova, FIDE ustası Gövhər Beydullayeva və Aytac Heydərov təmsil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət