Slimfit
  1. İDMAN

Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişir

Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişir
Sakura

Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişir

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yeni çəki dərəcəsində mübarizə aparacaq.

Bu barədə "Report"a 27 yaşlı idmançının şəxsi məşqçisi Elçin Zeynalov məlumat verib. Zeynalovun sözlərinə görə, Əsgərovun dünya çempionatında və lisenziya qazanacağı təqdirdə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış etmə ehtimalı böyükdür: "Hazırda Toğrulun çəkisi 70-71 kq-dır. Buna uyğun olimpiya çəkiləri 65 kq və 74 kq-dır. 65 kq-da yığmanın digər üzvü - 3 qat dünya və Avropa çempionu Hacı Əliyevin çıxış edəcəyi, Əsgərovun isə 74 kq çəkiyə keçəcəyi gözlənilir. Son qərarı isə millinin baş məşqçisi Saypulla Absaidov verəcək".

Təcrübəli mütəxəssis yetirməsinin hazırkı durumu haqqında da danışıb. O, güləşçinin kollektivlə məşqlərə başladığını vurğulayıb: "Absaidovla danışdım. O da idmançının durumunun yaxşı olduğunu dedi. Toğrul söz verib ki, 14 - 22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında və Tokio olimpiadasında uğur qazanacaq. Onun mündialda yaxşı nəticə göstərəcəyinə və 2020-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan xalqını sevindirəcəyinə inanıram".

Qeyd edək ki, Toğrul Əsgərov zədə səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edə bilməyib. 2012-ci il London Olimpiya Oyunlarında 60 kq-da qızıl medal qazanmış güləşçi çəki dərəcələri dəyişdikdən sonra bütün yarışlarda, o cümlədən, "Rio-2016"da 65 kq-da mübarizə aparıb. Əsgərov "Bakı 2015" I Avropa Oyunlarının qalibi, son olimpiadanın isə gümüş mükafatçısı olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR