Dərc edildi: Baxış sayı: 743
Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarına başsağlığı verdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,başsağlığıda deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət