Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Kərim Kərimovun anım günüdür
Mayın 6-sı Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Kərim Kərimovun anım günüdür.
İlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. 1992-ci il 6 may tarixində düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır, Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində torpağa tapşırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət