Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı
Sakura

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.

Ens.az-ın məlumatına əsasən,Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

Doqquz ay ərzində MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,6%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 133 milyon 541 min ABŞ dolları (bir il əvvələ nisbətən 23,5% çox), Türkmənistanla 678 milyon 373 min ABŞ dolları (2,2 dəfə çox), Qazaxıstanla 269 milyon 39 min ABŞ dolları (35,5% az), Ukrayna ilə 247 milyon 78 min ABŞ dolları (52,7% az), Belarusla 238 milyon 763 min ABŞ dolları (12,6% az), Özbəkistanla 120 milyon 294 min ABŞ dolları (8,2% az), Qırğızıstanla 35 milyon 329 min ABŞ dolları (5,8 dəfə çox), Moldova ilə 8 milyon 169 min ABŞ dolları (41,7% az), Tacikistanla 4 milyon 534 min ABŞ dolları (15% çox) olub.

Yanvar-sentyabrda Azərbaycandan Rusiyaya 864 milyon ABŞ dolları (illik müqayisədə 37,7% çox), Qazaxıstana 81 milyon 38 min ABŞ dolları (34% çox), Türkmənistana 64 milyon 188 min ABŞ dolları (4,8 dəfə çox), Ukraynaya 75 milyon 984 min ABŞ dolları (4,4 dəfə az), Özbəkistana 34 milyon 306 min ABŞ dolları (8,5% çox), Qırğızıstana 32 milyon 627 min ABŞ dolları (18,1 dəfə çox), Belarusa 21 milyon 930 min ABŞ dolları (3,8 dəfə az), Moldovaya 4 milyon 772 min ABŞ dolları (2,3 dəfə az), Tacikistana 4 milyon 428 min ABŞ dolları (15,3% çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3%, Qazaxıstan 0,3%, Türkmənistan 0,2%, Ukrayna 0,3%, Özbəkistan 0,1%, Qırğızıstan 0,1%, Belarus 0,08%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

Yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan 2 milyard 269 milyon 541 min ABŞ dolları (18,8% çox), Türkmənistandan 614 milyon 185 min ABŞ dolları (2,1 dəfə çox), Belarusdan 216 milyon 833 min ABŞ dolları (14,9 % çox), Qazaxıstandan 188 milyon ABŞ dolları (47,3% az), Ukraynadan 171 milyon 94 min ABŞ dolları (7% az), Özbəkistandan 85 milyon 987 min ABŞ dolları (13,6% az) Moldovadan 3 milyon 397 min ABŞ dolları (18,8% çox), Qırğızıstandan 2 milyon 702 min ABŞ dolları (36,6% az), Tacikistandan 106 min ABŞ dolları (4,8% çox) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 18%, Türkmənistan 4,8%, Qazaxıstan 1,5%, Belarus 1,7%, Ukrayna 1,4%, Özbəkistan 0,7%, Qırğızıstan 0,02%, Moldova 0,03% paya sahib olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR