Slimfit
  1. İDMAN

Azərbaycanın kayak və kanoeçiləri İtaliyada 12 medal qazanıblar

Azərbaycanın kayak və kanoeçiləri İtaliyada 12 medal qazanıblar
Sakura

Azərbaycanın kayak və kanoeçiləri İtaliyada 12 medal qazanıblar

Azərbaycanın kayak və kanoeçiləri İtaliyanın Auronso di Kadoro şəhərindəki “ICF Sprint Canoe Kayak International Event” reqatasında 12 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, U-16, yeniyetmələr və gənclər arasında baş tutan yarışa 15 ölkənin 600-dən çox idmançısı qatılıb. Azərbaycanı 200 metr, 500 metr və 1000 m məsafələrə yürüşlərdə 5 idmançı təmsil edib.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə 1-ci yeri tutub. 200 metrdə isə o, bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.

Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə onlar 3-cü yeri tutublar.

Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci, 200 metrdə 2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR