Dərc edildi: Baxış sayı: 442
Azərbaycanın ixrac missiyası Türkiyəyə gedir
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunacaq.
Nazirlikdən “Report”a verilən məlumata görə, bu gündən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
İxrac missiyası oktyabrın 27-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət