Dərc edildi: Baxış sayı: 607
Azərbaycanın İsveçdəki diplomatları geri çağırılıb?
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.
Ens.az xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
“Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, - XİN rəsmisi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət