Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanın ilk inklüziv teatrı – “ƏSA” iki yaşını qeyd edir

Azərbaycanın ilk inklüziv teatrı – “ƏSA” iki yaşını qeyd edir
Sakura

Azərbaycanın ilk inklüziv teatrı – “ƏSA” iki yaşını qeyd edir

Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrının yaranmasından iki il ötür.

Teatrın baş meneceri Nicat Qulam AZƏRTAC-a bildirib ki, “ƏSA” Teatrı 2016-cı il sentyabrın 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən Bakıda yaradılmaqla, dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atıb. “Hazırda təkcə Azərbaycanda və region ölkələrində deyil, dünyanın heç bir ölkəsində peşəkar teatr tamaşaları hazırlayıb böyük səhnələrdə təqdim edən inklüziv teatr yoxdur. Yalnız bir neçə ölkədə özfəaliyyət səviyyəsində olan yaradıcılıq dərnəkləri var. Teatrımız yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini səhnələşdirib. Teatr gənc olmasına baxmayaraq, U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Həmçinin ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. Teatr bu günədək yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib. Hazırda “ƏSA” Teatrı fəaliyyəti dövrünün ən böyük tamaşasını hazırlayır və layihə barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək”,- deyə teatrın baş meneceri vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR