Slimfit
  1. İDMAN

Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər

Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər
Sakura

Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər

 

Azərbaycanın iki karateçisi – Rafael Ağayev və İrina Zaretskaya mübarizə apardıqları öz çəki dərəcələrində bu ilin ən güclüləri (“Grand Winners”) elan edilə bilər.

Oxu.Az-ın xəbərinə görə, Dünya Karate Federasiyasının (WKF) K1 Premyer Liqa yarışlarına əsasən təsis etdiyi “Best of the Best” (“Yaxşıların Ən Yaxşısı”) mükafatının sahibləri dekabrın 1-də İspaniyanın paytaxtı Madriddə bəlli olacaq.

Ötən il 75 kq çəki dərəcəsində bu mükafatı qazanmış beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev yenə ən güclü olmağa namizəddir. Düzdür, hazırkı duruma görə yaponiyalı Ken Nishimura yanvarda keçirilmiş Paris və sentyabrda baş tutmuş Tokio Premyer Liqa yarışlarında qalib olub. Rafael isə bu ay Moskvada ən güclü olmağı bacarıb.

Noyabrın 29-dan dekabrın 1-dək Madriddə keçiriləcək ilin son Premyer Liqa yarışında idmançımız çempion olacağı halda, qızıl medalların sayı bərabərləşəcək – 2:2. Ancaq bu da idmançımıza ikinci dəfə dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazanmasına mane olmayacaq. Buna səbəb isə Rafaelin əzəli yapon rəqibindən daha çox medal qazanmasıdır.

O, yaponiyalıdan fərqli iştirak etdiyi bütün Premyer Liqa yarışlarından medalla qayıdıb. Ağayev Paris və Tokiodan gümüş, Dubay və Rabatdan bürünc medalla dönüb. O, yalnız iyunda Şanxaydakı turniri buraxıb. Nishimurada isə yalnız bir bürünc medal var.

75 kq-da digər Premyer Liqa çempionları iranlı Bəhmən Əsgəri Qönçə, II Avropa Oyunlarının ukraynalı qalibi Stanislav Qoruna (bu idmançı həm də 2017-ci ilin analoji mükafatına yiyələnib – S.M.) və özbək Dastanbəy Atabalayevdir.

Digər dünya çempionumuz İrina Zaretskaya da ikinci dəfə bu mükafata layiq görülə bilər. 68 kq çəki dərəcəsində mübarizə aparan ukraynalı legionerimiz 2017-ci ildə bu mükafatı qazanıb.

Cari mövsümə nəzər yetirdikdə o, sentyabr və oktyabrda keçirilmiş son iki Premyer Liqa yarışından qızıl medalla qayıdıb. Onun bu çəkidə rəqibi ötən il Avropa çempionatının finalında uduzduğu, o cümlədən 2016-cı ildə bu mükafatı qazanmış Elena Kuiritsidir. İsveçrəni təmsil edən kosovo əsilli idmançı bu il Paris və Rabatdakı yarışlardan qalib ayrılıb.

Hazırda hər iki idmançının aktivində iki qızıl medal olsa da, İrina fevralda Dubay Premyer Liqasında gümüş medal da qazanıb. Elena isə əlavə yalnız bir bürünc medalla mükafatlandırılıb. Bu üzdən İrina hazırkı durumda rəqibindən daha üstündür.

Bu çəkidə digər Premyer Liqa çempionları misirli Feryal Abdelaziz və ötən il bu mükafatı qazanmış fransalı dünya və Avropa çempionu Alize Ajyedir.

2019-cu ildə Premyer Liqa yarışlarının nəticələri

Fransa, Paris Premyer Liqası (25-27 yanvar) – Elena Kuiritsi (İsveçrə) qızıl medal qazanıb; Ken Nishimura (Yaponiya) qızıl, Rafael Ağayev gümüş medal qazanıb.

BƏƏ, Dubay (15-17 fevral) – Feryal Abdelaziz (Misir) qızıl, İrina Zaretskya gümüş medal qazanıb; Bəhmən Əsgəri Qönçə (İran) qızıl, Rafael Ağayev bürünc medal qazanıb.

Mərakeş, Rabat (19-21 aprel) – Elena Kuiritsi (İsveçrə) qızıl medal qazanıb; Stanislav Qoruna (Ukrayna) qızıl, Rafael Ağayev və Ken Nishimura bürünc medal qazanıb.

Çin, Şanxay (7-9 iyun) – Alize Ajye (Fransa) qızıl, Elena Kuiritsi bürünc medal qazanıb; Dastanbəy Atabalayev (Özbəkistan) qızıl medal qazanıb.

Yaponiya, Tokio (6-8 sentyabr) – İrina Zaretskaya qızıl medal qazanıb; Ken Nishimura (Yaponiya) qızıl, Rafael Ağayev gümüş medal qazanıb.

Rusiya, Moskva (4-6 oktyabr) – İrina Zaretskya qızıl medal qazanıb; Rafael Ağayev qızıl medal qazanıb.

Qeyd edək ki, qaliblər yanvarda Parisdə keçiriləcək 2020-ci ilin ilk Premyer Liqa yarışında mükafatlandırılacaq. Qaliblərə “Karate” sözünün ilk hərfi olan “K” şəkilli mükafat, sertifikat və qızılı tikişləri olan xüsusi kimano verilir. 

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR