Dərc edildi: Baxış sayı: 556
Azərbaycanın hərbi aşpazları Moskvada “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcəklər
Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya yola düşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi aşpazlar bir neçə mərhələdən ibarət müsabiqədə milli xörəklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət