Slimfit
  1. CƏMİYYƏT

Baş nazir qida təhlükəsizliyi ilə bağlı qərar İMZALADI

Baş nazir qida təhlükəsizliyi ilə bağlı qərar İMZALADI
Sakura

Baş nazir qida təhlükəsizliyi ilə bağlı qərar İMZALADI n edildi

Azərbaycanın gömrük ərazisinə idxalına icazə verilən qida və yem məhsulları müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.

Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır. Araşdırma ən geci 2 (iki) ay müddətində başa çatdırılmalıdır.
Araşdırma nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, Agentlik həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina edilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edir və qəbul edilmiş qərar barədə 7 (yeddi) iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir.

Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd olunmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR