Dərc edildi: Baxış sayı: 548
Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib
Azərbaycan Premyer Liqası və I Divizion oyunlarına təyinat alan hakimlər, eləcə də hakim-inspektorlar üçün seminar keçirilib.
“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.
Hakimlər və hakim-inspektorlar yerli, eləcə də xarici ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıb, UEFA-nın yeni qiymətləndirmə sistemi ilə tanış olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət