Dərc edildi: Baxış sayı: 573
Azərbaycanın FIFA referiləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar
Azərbaycanın FIFA referiləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ömər Paşayev Monteneqroya, Rəhim Həsənov isə Moldovaya yollanacaq. Hər iki oyun iyulun 19-da keçiriləcək.
Avropa Liqası
19 iyul
“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət