Dərc edildi: Baxış sayı: 913
Azərbaycanın Ermənistana əks-hücumundan sonra cəbhədəki son vəziyyət
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hazırda nisbi sakitlikdir.
Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-ın cəbhə xəttinə ezam olunan müxbiri xəbər verir.
Bildirək ki, bu gün Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Bundan sonra isə cəbhə xəttinin Tovuz istiqamətində Ermənistanın artilleriya zərbələri müşahidə edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət