Slimfit
  1. SİYASƏT

“Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”

“Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”
Sakura

“Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”

“Budəfəki səfərimin bir sıra digər səbəbləri də var”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Belçikanın xarici işlər naziri Hadca Labib deyib.

“Qarabağ bölgəsindəki vəziyyətlə bağlı narahatlığı bildirdik. Biz bilirik ki, siz də Ermənistanla dayanıqlı sülhün olması üçün səy göstərirsiniz. Ermənistanın xarici işlər nazirinə bildirdim ki, bu çətinlikdən çıxmalıyıq. Səmimi şəkildə bəyan edirəm ki, tarixi bir fürsətdir, həm Azərbaycan, həm Ermənistan xalqına sülh gəlməlidir. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Mənim səfərimin əsas məqsədi budur ki, sülh bərqərar olsun”.

Xanım nazir qeyd edib ki, Azərbaycan Avropa İttifaqında vacib tərəfdaşdır: “Mən sizi əmin edirəm ki, Brüssel öz səylərini davam etdirəcək. Biz Avropa İttifaqına gələn il yanvarın 1-dən sədrlik edəcəyik. İttifaqda Azərbaycan vacib tərəfdaşdır. İstəyirik tərəfdaşlığımız bundan sonra daha da genişlənsin. Enerji təhlükəsizliyində sizin ölkəniz çox önəmli rol oynayır. Azərbaycanın Ukraynaya ayırdığı yardımları yüksək qiymətləndiririk”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR