Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil - Sevinc Fətəliyeva

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil - Sevinc Fətəliyeva
Sakura

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil - Sevinc Fətəliyeva

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini – prinsipial siyasətini davam etdirir:

“Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, işğal faktı aradan qaldırılmalıdır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb olunur. Eyni zamanda, münaqişənin həllinin əsasını təşkil edən digər bir sənəddə - Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi təsbit edilib. Belə olan halda, işğalçı ölkə qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

 

S.Fətəliyeva bildirib ki, son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir:

“Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Odur ki, işğalçı ölkə rəhbərliyi konstruktivlik nümayiş etdirməli və təxribatçı hərəkətlərdən imtina edərək xalqı sülhə hazırlamalıdır. Sülhə hazırlığın isə ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması demək olduğu hər kəsə aydındır”.

S. Fətəliyeva vurğulayıb ki, bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil:

“Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq”.

 

Mənbə : Metbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR