Slimfit
  1. SİYASƏT

“Azərbaycanın dayanıqlı iqtisadiyyatı var” - Deputat

“Azərbaycanın dayanıqlı iqtisadiyyatı var” - Deputat
Sakura

“Azərbaycanın dayanıqlı iqtisadiyyatı var” - Deputat

“Dövlət başçısının apardığı iqtisadi siyasət bütün problemlərin öhdəsindən gəlməyə imkan yaradır” “Ona görə də mən çox arxayınam. Heç bir əsas olmadan aranı qarışdıranlara təəssüf edirəm. Xalq dara düşəndə birlik nümayiş etdirməlidir” “Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında ölkəmizin hər yerində koronavirusla əlaqədar zəruri tədbirlər görülüb və görülməkdə davam edir”. Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Deputat vurğulayıb ki, xeyir-şər mərasimlərinin təşkil edilməsindən tutmuş bütün kütləvi tədbirlərin məhdudlaşdırılmasına, o cümlədən sərhədlərin bağlanmasına qədər çox önəmli işlər görülüb: “Azərbaycan yeganə ölkədir ki, başqa ölkələrdən fərqli olaraq ciddi təhlükə ilə üzləşməyib. Ölkə olaraq özümüzü qorumaq üçün lazım olan addımların hamısını atmışıq. Bütün bunlara rəğmən cəmiyyətdə süni ajiotaj yaradanlar, insanları əsassız panikaya sövq edənlər var və onlar Azərbaycan xalqını istəməyən adamlardır. Müxalifətdə olanlar, ölkəmizin yaxşı gününü gözü götürməyənlər bu cür şayiələr yaymaqla məşğuldurlar. Hətta elə adamlar var ki, öz məqsədlər üçün xəstəliyin yayılmasını da arzulayırlar. Dolların bahalaşacağı, manatın ucuzlaşacağı ilə bağlı əsassız informasiyalar yayaraq əhali arasında təşviş yaratmağa cəhd edirlər. Bu cür çirkin şəxslərin varlığı təəssüf doğurur. Hamımız onları sərt şəkildə qınamalıyıq”. E.İbrahimov bildirib ki, Azərbaycanın hansısa problemi fərd olaraq hər birimizin problemi olmalıdır: “Belə məqamlarda həmrəy olmalı, bir-birimizə dəstək verməli və birgə çalışmalıyıq. Operativ Qərargah öz işini çox yüksək səviyyədə həyata keçirir. Bu sahədə görülən işlər göz qabağındadır. Bəzilərinin iddia etdiyi kimi qiymətlərdə heç bir dəyişiklik yoxdur və manatımız sabitdir. Əfsuslar olsun ki, şayiələrə aldanan bəzi insanlar banklara hücum çəkirlər. Buna ehtiyac yoxdur. Dövlət çox düzgün və hərtərəfli siyasət həyata keçirir. Bütün ehtiyat tədbirləri görülüb. Neftin qiyməti indi 30 dollar civarındadır, amma müəyyən müddət sonra qiymət qalxa bilər. Bu, dünyada gedən proseslərdən asılıdır. Heç kim dəqiq proqnoz verə bilməz ki, sabah neftin qiyməti daha da aşağı enəcək və ya qalxacaq. Ən əsası odur ki, Azərbaycanın dayanıqlı iqtisadiyyatı var. Dövlət başçısının apardığı iqtisadi siyasət bütün problemlərin öhdəsindən gəlməyə imkan yaradır. Ona görə də mən çox arxayınam. Heç bir əsas olmadan aranı qarışdıranlara təəssüf edirəm. Xalq dara düşəndə birlik nümayiş etdirməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR